İndiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
ÇıxışYolu.Com məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M. Pənahov qeyd edib ki, bu, hələ son rəqəm deyil, müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir və yəqin ki, say artacaq.
Yerli müşahidəçilərə gəlincə isə, MSK sədri bildirib ki, son məlumata görə, 53 mindən artıq müşahidəçi qeydiyyatdan keçib:
“Ancaq yerli müşahidəçilərin sayı artmaqdadır və müraciətlərə baxılır”.
M. Pənahov sosial şəbəkələrlə bağlı məsələyə münasibət bildirib:
“Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir”.
Onun bildirdiyinə görə, sosial şəbəkələrdəki həmin insanlar özlərini hörmətdən salırlar:
“İctimai Televiziyada debatlar zamanı isə müəyyən kənaraçıxmalar, xoşagəlməz hallar olsa da, bu, ciddi xarakter daşımır.
Ümumilikdə, seçkiqabağı təşviqat prosesini normal qiymətləndirmək olar”, – deyə M.Pənahov əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com