0347a91f-6426-42e6-984e-7fb5590a101e..jpg

Məzahir Pənahov: “Bir gündən ötrü yanğın təhlükəsizliyi ilə bağlı riskə getmək olar”

Baxış sayı: 564 dəfə baxılıb.

Məzahir Pənahov: “Bir gündən ötrü yanğın təhlükəsizliyi ilə bağlı riskə getmək
olar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki məntəqələrində seçki
günü yanğın kameralarının saxlanıb-saxlanmayacağının sual doğurduğunu bildirib.

“Report”un məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Məzahir Pənahov
bildirib ki, səsvermə günü seçki məntəqələrində ancaq MSK kameraları olmalıdır.

“Bəs sual olunur, yanğın baş verərsə, necə olacaq? Hesab edirəm ki, bir gündən
ötrü belə riskə getmək olar. Çünki səsvermə cəmi bir gündür və kiçik bir otaqda
keçirilir. Həmin hissədə ancaq MSK-nın veb-kameraları olmalıdır”, – deyə
M.Pənahov bildirib.

Source link