c22f96d3-e0ba-4753-81b4-c99b7a16b00b..jpg

Məzahir Pənahov TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb

Baxış sayı: 653 dəfə baxılıb.

Məzahir Pənahov TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk
Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkinin azad
edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki,
seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.

“Biz bu seçkini Zəfər seçkisi adlandırırıq”, – deyən M.Pənahov seçkidə
mübarizə aparacaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış
məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə
məlumat verib

MSK-nın sədri seçkini müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin
qeydiyyatdan keçdiyini bildirib.

Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, qurumun
Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın
seçkini fəal şəkildə müşahidə edəcəyini diqqətə çatdırıb. O, həmçinin bildirib
ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər zaman belə olacaq.

“İlk dəfə olaraq seçkini bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim
üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçkini işğaldan azad olunmuş
torpaqlarda müşahidə edəcəyik. Demokratik ölkə olan Azərbaycanda seçkinin ölkə
qanunvericiliyinin tələblərin uyğun şəkildə keçiriləcəyinə inanırıq. Fevralın
8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqlayacağıq”, –
deyə Osman Mesten qeyd edib.

Source link