879b4306-ac12-4a11-a3d9-4c1f00ecd491..jpg

Məzahir Pənahovdan beynəlxalq müşahidəçilərə çağırış

Baxış sayı: 687 dəfə baxılıb.

Məzahir Pənahovdan beynəlxalq müşahidəçilərə çağırış
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış Müstəqil Media
Mərkəzinə baxış keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir
Pənahov beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə
çağırıb.

Cixisyolu.com-ın məlumatına əsasən, Məzahir Pənahov bildirib ki, beynəlxalq
müşahidəçilər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gedərək orada
yaradılmış seçki mühiti ilə tanış ola bilərlər.

“Seçkilərdə xüsusilə beynəlxalq müşahidəçilər düzgün müşahidə aparmaq
missiyasını yerinə yetirməlidirlər. Onlar bütün ölkə ərazisində, o cümlədən
azad olunmuş ərazilərdəki seçki prosesini müşahidə etməlidirlər. Bunu ən yüksək
səviyyədə onların diqqətinə çatdırmaq lazımdır”, – deyə Məzahir Pənahov əlavə
edib.

Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident
seçkisi keçiriləcək. Seçkidə 7 prezidentliyə namizəd mübarizə aparacaq.

Source link