Məzuniyyətə gələn hərbçi dəm qazından zəhərlənib öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
“Unikal”ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi,
5 saylı küçədəki fərdi evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini
doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.