Məzuniyyət pulu necə hesablanır? – Ödənişin çox verildiyi AYLAR + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məzuniyyətə çıxarkən insanları düşündürən məsələlərdən biri də alacaqları
ödənişin məbləğidir.
Qanunvericiliyə uyğun hesablansa da, çoxları hesab edirlər ki, bəzi aylarda
məzuniyyətə çıxarkən əməkhaqqı digər aylarla müqayisədə daha az və ya çox olur.
Bəs, bu fikir nə dərəcədə doğrudur?
Hüquqşünas Sahib Məmmədov bildirib ki, stabil əməkhaqqı alan şəxslər üçün bu,
fərq etmir:
“Yəni həmin şəxslər üçün son ilin orta aylıq əməkhaqqı müəyyən edilir, 12-yə
bölünür, sonra otuz tam onda dördə bölünür. Alınan rəqəm günlərin sayına
vurularaq işçiyə məzuniyyət pulu kimi verilir”.
Qanunvericiliyə görə, bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu
günlərə görə ödəniş olunmur. Həmçinin bayram günləri olan aylarda iş günlərinin
sayı digərləri ilə müqayisədə az olduğundan işçinin həmin aylarda məzuniyyətdə
olması əməkhaqqının məbləğinə təsir edir.
Bu baxımdan cəmi 15 iş günü olan mart ayı məzuniyyət üçün əlverişsiz müddət
hesab edilir. 2024-cü ildə Qurban bayramı iyun ayına təsadüf etdiyindən həmin
ayda da məzuniyyətə çıxmaq maddi cəhətdən sərfəli deyil. 2024-cü ildə ən çox iş
günləri iyul, avqust və oktyabrda olduğundan məzuniyyətə bu aylarda çıxmaq daha
əlverişlidir.
Digər məqam isə ayın bir hissəsində götürülən məzuniyyət müddətinə daha çox
şənbə və bazar günlərinin salınmasıdır. Belə ki, bu zaman ay ərzində
işləyəcəyiniz günlərin sayı artdığından alacağınız məbləğ də yüksək olacaq.
Ətraflı Baku TV-nin süjetində: