62afa77c-5a1b-41d9-8aa5-0199096a2f39..jpg

M.Zaxarova: “Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib”

Baxış sayı: 522 dəfə baxılıb.

M.Zaxarova: “Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını
müsbət qiymətləndirib”

Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət
qiymətləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
özünün “Telegram” kanalında bildirib.

O, sentyabrın 18-də hər iki istiqamətdən eyni vaxtda ərzaq və dərman
partiyaları çatdırıldığını bildirib.

“Biz maneəsiz və müntəzəm humanitar təchizatın davamını gözləyirik”, – deyə
Zaxarova əlavə edib.

Rusiya XİN nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına
dair liderlər arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata
keçirilməsinə ümid etdiyini bildirib.

“Biz Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”, – deyə
Zaxarova yazıb.

Source link