“m10” elektron pulqabının “BakıKart bileti” bölməsindəki problem aradan
qaldırılıb. Vətəndaşlar rahatlıqla tətbiqdən istifadə edə bilərlər”.
Bunu Cixisyolu.com-a açıqlamasında elektron pulqabının məxsus olduğu “PashaPay”
şirkətinin PR meneceriAygün Əliyeva bildirib.
11:00
“m10” elektron pulqabının “BakıKart bileti” bölməsində problem yaranıb. Bu
barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet
almaqda çətinlik yaşadıqlarını bildiriblər.
Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu
“PashaPay” şirkətinin PR meneceriAygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti
çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:
“Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq.
Ümumən az insanda bu problem müşahidə edilib”.
Məhərrəm Əliyev