5473625b-246c-4d4f-9bf5-905e61f58d34..jpg

Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş imzalayacaq

Baxış sayı: 961 dəfə baxılıb.

Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş
imzalayacaq

Macarıstan aprelin sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii
qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı
haqqında saziş imzalamağı planlaşdırır.

Bu barədə cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr
naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
energetika nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların
şaxələndirilməsindən danışaraq qeyd edib ki, Macarıstan bu ilin sonunadək
Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr
qaz alacağını gözləyir.

Baş nazirin sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Belə
ki, artıq “türkiyəli tərəfdaşlarla konkret detallar üzrə” danışıqlar aparılır.

Mənbə: TASS

Source link