Avropa Liqasında ölkəmizi təmsil edəcək “Neftçi”nin ilkin təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Uypeşt” klubu Azərbaycana qarşı böyük hörmətsizlik edib.
ÇıxışYolu.Com xəbər verir ki, Macarıstan klubunun rəsmi saytı püşkatmadan əvvəl beş potensial rəqibi barədə məlumat hazırlayıb.
Macarlar “Neftçi” ilə bağlı hazırladığı məlumatda Naxçıvan Muxtar Respublikasını Azərbaycan ərazisi kimi göstərməyib.
Lakin sonradan “Neftçi” rəsmi şəkildə Budapeşt klubuna müraciət edib və bundan sonra səhv aradan qaldırılıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com