Macarıstan millisi Bakıya dörd qapıçı ilə gələcək

Baxış sayı: 2. 593 dəfə baxılıb.

Macarıstan millisi Bakıya dörd qapıçı ilə gələcək

Futbol üzrə Macarıstan millisinin Azərbaycan və Uelslə Avropa çempionatının seçmə mərhələsi üçün yekun heyəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, italiyalı baş məşqçi Marko Rossi 28 nəfərlik heyəti Bakıya gətirəcək.

İlkin heyətdən bir müdafiəçi, bir yarımmüdafiəçi və iki hücumçu artıq çıxarılıb. Beləliklə, Macarıstan millisi dörd qapıçı ilə Bakıya gələcək.

Qapıçılar: Deneş Dibus (“Ferentsvaroş”), David Qrof (“Honved”), Peter Qulaçi (“Leypsiq”, Almaniya), Adam Kovaçik (“MOL Vidi”);

Müdafiəçilər: Botond Barat (“Sportinq”, ABŞ), Barnabaş Beşe (“Avr”, Fransa), Yanoş Ferençi, Bentse Pavkoviç (hər ikisi “Debretsen”), Tamaş Kadar (“Dinamo”, Ukrayna), Mihay Korhut (“Aris”, Yunanıstan), Qerqö Lovrençiç (“Ferentsvaroş”), Paulo Vinisius (“MOL Vidi”), Vili Orban (“Leypsiq”, Almaniya);

Yarımmüdafiəçilər: Balaj Cucak (“Əl İttihad”, BƏƏ), David Holman (“Slovan”, Slovakiya), Jolt Kalmar (DAK 1904, Slovakiya), Laslo Klaynhaysler (“Osiyek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkai (hər ikisi “MOL Vidi”), Adam Nad (“Bolonya”, İtaliya), Dominik Nad (“Leqia”, Polşa), Dominik Soboslai (“Zalsburq”, Avstriya);

Hücumçular: Filip Holender (“Luqano”, İsveçrə), Kristian Nemet (“Sportinq”, ABŞ), Adam Salai (“Hofenhaym”, Almaniya), Roland Varqa (“Ferentsvaroş”), Kristofer Vida (DAK 1904, Slovakiya), Donat Joter (“Uypeşt”).

Qeyd edək ki, Macarıstan millisi iyunun 8-də Bakıda yığma komandamızla oynayacaq. Bu görüş saat 20:00-da başlayacaq. Daha sonra Macarıstan yığması iyunun 11-də Uelsi qəbul edəcək.