879a9b52-2470-4676-b624-1459b9348f44..jpg

Macarıstan prezidenti: “Azərbaycan bizim üçün çox vacib strateji tərəfdaşdır” – FOTO

Baxış sayı: 635 dəfə baxılıb.

Macarıstan prezidenti: “Azərbaycan bizim üçün çox vacib strateji tərəfdaşdır”
– FOTO

“Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır”.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Macarıstan Prezidenti Katalin Novak
özünün “Twitter” hesabında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində Azərbaycanın Avropa üçün
enerji mənbələrinin şaxələndirilməsində çox mühüm rol oynadığını dediyini
bildirib.

Xatırladaq ki, yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə təkbətək görüşü
olub.

Source link