Macarıstan qızıl viza proqramını geri qaytarır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Macarıstan ölkənin daşınmaz əmlakına investisiya qoymağa hazır olanlara
yaşayış icazəsi təklif edəcək.
Bu sxem altı il əvvəl – 2017-ci ildə Budapeşt tərəfindən bu sahədə korrupsiya
iddialarına görə dayandırılıb.
Sxem yerli daşınmaz əmlak fondlarına ən azı 250.000 avro və ya Macarıstan
daşınmaz əmlakına 500.000 avro investisiya qoymaq istəyən xarici vətəndaşlara
10 illik bərpa olunan yaşayış icazəsi üçün müraciət etməyə imkan verəcək.
Macarıstan hökumətinin universitetlərə nəzarət etmək üçün yaratdığı ictimai
fondlara ən azı 1 milyon avro ianə edənlər də eyni hüquqa sahib olacaqlar.
Mənbə: octagon.media