7c75d447-ea08-44f6-b869-78b4afe0376d..jpg

Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb

Baxış sayı: 541 dəfə baxılıb.

Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb

Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın Baş
naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında
Budapeştdə keçirilən danışıqların yekununda bildirib.

Onun sözlərinə görə, Budapeştdə Baş nazir Viktor Orban və Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlardan sonra Macarıstan gələn il
Türkiyədən 275 milyon kubmetr qaz alacaq.

“Biz Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində işi başa çatdırmışıq. Bu
müqaviləyə əsasən gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr
təbii qaz alacağıq”.

Nazir həmçinin qeyd edib ki, Orban və Ərdoğan arasında keçirilən görüşdə
Ukraynadakı münaqişə və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlərin iki
ölkənin parlamentləri tərəfindən ratifikasiyası məsələsi müzakirə olunub.

O əlavə edib ki, Ərdoğan dekabrın 18-də yenidən Budapeştə səfər edəcək.

Source link