5343aa07-5c4a-4942-bdfc-8c74d8fc2333..jpg

Macarıstan XİN: “Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir”

Baxış sayı: 886 dəfə baxılıb.

Macarıstan XİN: “Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış
təşkilatlarından biridir”

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri
Peter Siyarto bildirib ki, Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış
təşkilatlarından biridir və onun qətnamələri adətən Avropaya kömək etməkdənsə,
ziyan vurur.

O, bu barədə “Kossuth” radiostansiyasında danışıb.

Nazir vurğulayıb ki, AP-nin Avropaya kömək edəcək bəyanatları və qətnamələri
çox azdır, quruma etimad isə praktiki olaraq sıfır səviyyəsindədir.

“Son korrupsiya hadisələri açıq şəkildə göstərdi ki, bu, dünyanın ən
korrupsiyalaşmış təşkilatlarından biridir. Avropa Parlamentinin qətnamələri
adətən Avropaya ziyan vurur”, – nazir bildirib.

Source link