Macarıstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Prezidenti İlham Əliyevə regionun sabitləşməsinə verdiyi töhfələrə
görə təşəkkürümü bildirirəm”.
“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş
naziri Viktor Orban noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri
Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çıxışı zamanı deyib.
O, həmçinin, Azərbaycan liderinə Qarabağ regionunun bərpa olunması
istiqamətində həyata keçirilən işlərə görə təşəkkürünü bildirib.
V.Orban vurğulayıb ki, qlobal iqtisadiyyat son illərdə iki dəfə çöküb,
Avropada enerji daşıyıcılarının qiymətləri dəfələrlə qalxıb:
“Geridə qalan çağırışlar bizim qarşımızda iki yol qoyur – ya iqtisadiyyatlar
izolyasiya olunmalıdır, ya əməkdaşlığı daha da genişləndirməliyik. Son zamanlar
məhz izolyasiya olunmuş iqtisadiyyatlar, blok qoyulma ilə bağlı meyillərin
şahidi oluruq. Lakin Macarıstan əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır”.