Macarıstanlı direktor Bakıda təftiş aparacaq

Baxış sayı: 5. 437 dəfə baxılıb.

Macarıstanlı direktor Bakıda təftiş aparacaq

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş Bakıya gəlib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, macar mütəxəssisin Bakıya səfərinin məqsədi paracüdo üzrə Bakıda keçiriləcək beynəlxalq Qran-Pri yarışı öncəsi hazırlıq prosesi ilə tanış olmaqdır.

IBSA rəsmisi yarışın keçiriləcəyi Heydər Əliyev İdman-Konsert Kompleksindəki hazırlıq prosesləri ilə tanış olacaq. Bundan əlavə, idmançıların tibbi təsnifatı üçün görülən işlər təftiş ediləcək.

Qeyd edək ki, paracüdo üzrə Qran-Pri turniri 13-14 may tarixlərində baş tutacaq.

Səbuhi MUSAYEV