24bdd0d1-08d3-4b2f-9c5c-4179718159a7..jpg

Macarıstanlı professor: “Brüssel ölkələrin daxili işlərinə qarışır”

Baxış sayı: 524 dəfə baxılıb.

Macarıstanlı professor: “Brüssel ölkələrin daxili işlərinə qarışır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Brüssel daim digər dövlətlərin daxili işlərinə qarışır və bu, həm Avropa
İttifaqı (Aİ) üzvlərinə, həm də ondan kənarda olan və Aİ-yə daxil olmağı heç
planlaşdırmayan ölkələrə aiddir”.

Bunu “Report”a Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi
işçisi, professor Vaşa Lazlo (Vasa László) deyib.

O bildirib ki, Aİ ölkələrinə gəldikdə, Brüssel administrasiyası müstəsna
olaraq milli səlahiyyətlərə aid olan məsələlərə müdaxilə edir:

“Üçüncü ölkələrə münasibətdə, hətta bu ölkələr Aİ-yə üzv olmaq niyyətində
olmasalar da, onunla yalnız tərəfdaşlıq və kommersiya münasibətləri saxlasalar
da, tənqidlər müntəzəm olaraq ifadə edilir. Lakin bütün bunlar, adətən, siyasi
müstəvidə özünü büruzə verir, çünki Qərbi Avropa şirkətləri beynəlxalq arenada
tənqid hədəfi olsalar belə, ölkələrə investisiya qoymağa və bizneslə məşğul
olmağa üstünlük verirlər”.

Professor qeyd edib ki, üçüncü ölkələrin daxili siyasətinin daimi tənqidi
obyektiv olmaya bilər, çünki Aİ-yə üzv ölkələr arasında, xüsusən də məhkəmə
sistemi məsələlərində çoxlu ziddiyyətlərə rast gəlmək olar.

Onun sözlərinə görə, bu yanaşma heç də həmişə düzgün olmur, ilk növbədə Aİ
düzgün məlumat almalıdır ki, mühakimə yürüdə bilsin:

“Bir çox hallarda Aİ liderləri qeyri-dəqiq və əslində, heç də həqiqətə uyğun
olmayan məlumatlar əsasında mühakimə olunur və tənqid edilirlər”.

“Fransaya gəlincə, bu ölkə Azərbaycan və Ermənistan arasında sülh
danışıqlarında vasitəçi roluna uyğun deyil, çünki açıq-aydın Ermənistanın təkcə
Avropada deyil, bütün dünyada dəstəkçisidir. Bu o deməkdir ki, o, qərəzsiz və
obyektiv ola bilməz”, – V.Lazlo vurğulayıb.

Source link