2a295a22-d391-482d-8a28-d1536f20e84e..jpg

Madonna konsertində biabır oldu – FOTO/VİDEO

Baxış sayı: 516 dəfə baxılıb.

Madonna konsertində biabır oldu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

65 yaşlı müğənni Madonna dünya turu çərçivəsində konsertlərini verməkdə davam
edir. Ancaq onun Los-Ancelesdəki konserti mahnıları ilə yox, ifaçının kobud
davranışı ilə yadda qalıb.

Belə ki, müğənni konsert zamanı zalda fanatlarından birinin başqaları kimi
ayaq üstə dayanmadığını görərək ona yaxınlaşıb və “Orada oturub nə edirsən?
Niyə oturursan?”, – deyə soruşub.

Ancaq ifaçı səhnənin kənarına yaxınlaşanda pərəstişkarının əlil arabasında
əyləşdiyini görüb.

Bundan pərt olan ifaçı dərhal üzr istəyib və “Oh.., tamam. Buna görə üzr
istəyirəm. Burada olmağınıza şadam”, – deyib.

Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və təkcə “TikTok”da
2,4 milyon dəfə izlənilib. Madonnanın üzrxahlığına baxmayaraq, ifaçı mediada
ciddi tənqid atəşinə tutulub.

Mənbə: ntv.com.tr


Source link