4ae3fc78-a7b6-45ec-9f02-467a2c219260..jpg

Madonna müalicədən sonra səhnəyə qayıdır – FOTO

Baxış sayı: 699 dəfə baxılıb.

Madonna müalicədən sonra səhnəyə qayıdır – FOTO

Madonna bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirildikdən həftələr
sonra təxirə saldığı “Celebration” turunu bərpa edəcəyini açıqlayıb.

“Son bir neçə həftə ərzində inanılmaz dəstəyinizə və səbrinizə görə bir daha
təşəkkür edirəm! Yenidən işlənmiş tur cədvəlinin yaxın bir neçə gün ərzində
təqdim ediləcəyini bildirməkdən məmnunam! Tezliklə layiqli şənlikdə
görüşənədək!” – müğənni “Twitter”də yazıb.

Xatırladaq ki, yanvar ayında müğənni bu il musiqi karyerasının 40 illiyi
şərəfinə dünya turnesinə çıxacağını açıqlamışdı. 35 şəhərdən ibarət Şimali
Amerika turunun başlanğıcı iyulun 15-də Vankuverdə olmalı idi. Nyu-York, Mayami
və Los-Ancelesdəki çıxışlarından sonra müğənni oktyabrın 14-də Avropaya yola
düşməli və plana görə, dekabrda çıxışlarını başa çatdırmalı idi. Lakin Madonna
xəstəliyi səbəbindən turu təxirə salmalı olub. Müğənni ciddi bakterial
infeksiyaya yoluxub və bir müddət reanimasiya şöbəsində qalıb.

pic.twitter.com/UI9oeDhkKz
— Madonna (@Madonna) August 4, 2023

Mənbə: gazeta.ru

Source link