31c3df4c-ed00-40c4-b6b9-1d41c54818dd..jpg

Madonnanın özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir? – FOTO

Baxış sayı: 802 dəfə baxılıb.

Madonnanın özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir? – FOTO

64 yaşlı amerikalı müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə görüşməyə
başlayıb.

Bu barədə “Daily.Mail” müğənniyə yaxın mənbəyə istinadən xəbər verib.

Məlum olub ki, boksçu müğənninin övladlarının məşqçisidir. Coş Popper öz
“Instagram” hesabında bir neçə foto yerləşdirib ki, onlardan biri də Madonna
ilə birlikdə olduğu fotodur. Madonna da həmçinin sosial şəbəkələrdə Popperlə
olan şəklini paylaşıb.

Bildirilib ki, Madonna ilə Popper arasındakı münasibət təkcə dostluqdan ibarət
deyil.

Boksçu sosial şəbəkədə pərəstişkarlarının Madonna ilə münasibəti barədə
verdikləri suallara cavab verməyib. Eyni zamanda Popperin sosial şəbəkə
abunəçiləri onların bir-birinə yaraşdıqlarını qeyd ediblər.

Source link