9d0eb1e9-32f7-40ae-ae5e-cd3b03838c48..jpg

Madrid derbisi sülhlə bitdi – VİDEO

Baxış sayı: 884 dəfə baxılıb.

Madrid derbisi sülhlə bitdi – VİDEO

“Real” La Liqanın 23-cü turunda Madrid derbisində “Atletiko” ilə heç-heçə edib
(1:1).

Oyunda əsas hadisələr matçın ikinci hissəsində cərəyan edib.

Belə ki, 64-cü dəqiqədə Antonio Rüdigeri itələdiyi üçün Anxel Korrea meydandan
qovulub. 78-ci dəqiqədə “Atletiko” azlıqda ikən qol vurub. Xose Ximenes
fərqlənib.

Lakin 85-ci dəqiqədə 18 yaşlı Alvaro Rodriges hesabı bərabərləşdirib və “Real
Madrid”in əsas komandasında ilk qolunu vurub.

Beləliklə, 23 turdan sonra “Real” turnir cədvəlində 52 xalla 23-ci, “Atletiko”
isə 42 xalla 4-cü yerdə qərarlaşıb.


Source link