Maduro orduda həyəcan elan etdi

Baxış sayı: 3. 143 dəfə baxılıb.

Maduro orduda həyəcan elan etdi

Venesuela prezidenti Nikolas Maduro müxalifətin ona qarşı “hazırladığı sui-qəsd planı” ilə əlaqədar bütün hərbi hissələrdə həyəcan elan edib. O, ölkənin xalq özümüdafiə birləşmələrini “kollektivos”a, yəni hökumətyönümlü qüvvələrə qoşulmağa çağırıb.

TASS-ın məlumatına görə, bu barədə dövlət başçısı aprelin 3-də “Venezolana de Television” telekanalına telefonla verdiyi müsahibədə danışıb.  

“Mənim onların, bu gün müxalifətin başında olanların cinayət dolu planlarından, mənim qətlimlə bağlı planlarından xəbərim var”, – deyə Maduro bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar ölkənin hərbi hissələrində həyəcanın elan olunması və kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı qərar qəbul olunub.