Venesuela prezidenti Nikolas Maduro müxalifət lideri Xuan Quaidoya müraciət edərək, onu ölkədə parlament seçkiləri elan etməyə çağırıb.
TASS-ın məlumatına görə, Maduro bu bəyanatı tibb universitetlərinin məzunları qarşısında etdiyi çıxışda səsləndirib.
Venesuela liderinin çıxışı “Twitter”də canlı yayımlanıb.
“O nə üçün ölkədə seçki (parlament seçkilərini nəzərdə tutur – red.) elan etmir, xalqın onu səsvermə yolu ilə kənarlaşdıracağından qorxur? Qoy, bu, özünü Venesuela prezidenti təyin etmiş kloun seçkilər təşəbbüsünü irəli sürsün”, – deyə N.Maduro gileylənib.