fd24ac5d-7d32-4742-be3d-cee2a9e6084f..jpg

Mağazadan qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürüldü

Baxış sayı: 354 dəfə baxılıb.

Mağazadan qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürüldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1 050 manat dəyərində
qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala
rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə
görə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Cəlal Məmmədov saxlanılıb, ondan 1
ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança,
7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Source link