714f6a08-b9ae-4d94-bdbe-aeeb0d2d03a6..jpg

Mağazadan siqaret oğurlayan şəxslər TUTULDU – FOTO+VİDEO

Baxış sayı: 2. 686 dəfə baxılıb.

Mağazadan siqaret oğurlayan şəxslər TUTULDU – FOTO+VİDEO

Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıblar.

Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini, ona məxsus mağazadan
qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən
məlumata görə, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Goranboy rayon
sakinləri Elçin Hüseynov və Pərvin Seyidov saxlanılıblar.

Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq
məhsulları, spirtli içkilər, 60 manat pul və 3 170 manat dəyərində müxtəlif növ
siqaretlər oğurladıqları müəyyən edilib.

Faktlar bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.


Source link