9b6173bd-4f7f-4877-ac1f-c5d71cbf57be..jpg

Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 492 dəfə baxılıb.

Mağazalar müştərilərə niyə pos-terminal təqdim etməkdən yayınırlar? –
ARAŞDIRMA + VİDEO

Bəzi mağazalarda alıcılar kartla ödəniş edə bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, müxtəlif səbəblərdən mağazalarda
pos-terminal təqdim edilmir və ödənişin kart hesabına edilməsi xahiş edilir.

Bu da alıcıların haqlı narazılığına səbəb olur.

Mağaza işçilərinin sözlərinə görə, pos-terminalla ödənişlər zamanı faiz çox
tutulduğu üçün onlar daha çox nağd ödənişə üstünlük verirlər.

Lakin qanunvericiliyin tələblərinə əsasən, nağdsız ödənişlərin həyata
keçirilməsi üçün hər bir ticarət müəssisəsində pos-terminal cihazları
olmalıdır. Alış-verişin sonunda alıcıya pos-terminaldan çıxarışla yanaşı,
nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Bunlara əməl etməyənlər isə
qanun qarşısında məsuliyyət daşıyırlar.

Belə hallarla qarşılaşan vətəndaşlar dövlət vergi xidmətinin “195-1” Çağrı
Mərkəzinə müraciət edə bilərlər.

Ətraflı süjetdə:


Source link