e5eaaacc-7558-44b0-bbe0-8c0d4cc3a973..jpg

Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmi ARTIB

Baxış sayı: 620 dəfə baxılıb.

Magistral kəmərlərlə nəql etdiyimiz neftin həcmi ARTIB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql
olunan neft 4,3 faiz artaraq 6 milyon 307,7 min ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC)
ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmərlə neft
nəqli iki faiz artaraq 4 milyon 725,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3 882,2 min
tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə
Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Source link