1ae0b653-f32a-4e76-87c1-425f30993a05..jpg

Magistraturaya qəbul imtahanı keçirilib – YENİLƏNİB

Baxış sayı: 696 dəfə baxılıb.

Magistraturaya qəbul imtahanı keçirilib – YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin
magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul
olmaq istəyən abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə sınaq
imtahan keçirilib.

Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı
respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə,
Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunub. İmtahanın idarə
olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169
buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Qeyd edək ki, imtahanda iştirak üçün 18724 bakalavr ərizə təqdim edib.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət
göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və
imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata
uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş
etdirmələri üçün zəruri şərait yaradılıb.

Fevralın 20-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının
emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi
nəzərdə tutulur.

Bu gün həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I
ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının
hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiyadan
imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 12-də keçirilən sınaq
imtahanının nəticələri ilə bir yerdə – 1 həftə ərzində elan olunacaq.

09:20

Dövlət İmtahan Mərkəzi 19 fevral 2023-cü il tarixində ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına
qəbul imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər
və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və
Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi
faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan
sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama
bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə
başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin
olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda
olmalıdır.

İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən
yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil
verilir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar,
kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt,
məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş
edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun
vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın
24‑dən fevralın 9-dək aparılıb. İmtahanda iştirak etmək üçün 18724 bakalavr
ərizə təqdim edib. Onlardan 17190 nəfər Azərbaycan bölməsi, 1534 nəfəri rus
bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12292-si cari ilin, 6432-si isə
əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2,
Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13635, Naxçıvanda
501, Gəncədə 1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda
406 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 72 ümumi
rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi
əməkdaşı (mühafizə) cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 13-dən etibarən
DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və
parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi
”ni çap edirlər.
Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd
olunub.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə
gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən
biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Source link