f5be2690-1f8b-44e2-8573-3bb169582fd7..jpg

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Baxış sayı: 965 dəfə baxılıb.

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün ikinci dövrəsindən
Xorvatiyanın “Dinamo” klubunun əsas oyunçusu olacaq.

Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı
söhbət edib.

Çaçiç Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra onun
boşluğunu Emreli ilə doldurmaq fikrinə düşüb. Bildirilib ki, Türkiyə
klublarından təklif alan forvard baş məşqçi ilə söhbətdən sonra qalmaq qərarına
gəlib.

Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 oyunda beş qol
vurub.

Mənbə: “index.hr”

Source link