a056f890-7a7b-42bf-b622-65e6a7281b16..jpg

Mahir Emreli “Dinamo”nun 2024-cü ildəki ilk məşqində iştirak etməyib – VİDEO

Baxış sayı: 446 dəfə baxılıb.

Mahir Emreli “Dinamo”nun 2024-cü ildəki ilk məşqində iştirak etməyib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun
2024-cü ildəki ilk məşqinə qatılmayıb.

“Dinamo” klubunun rəsmi “YouTube” kanalında yayımlanan son videoda Zaqreb
klubunun bütün aparıcı futbolçularının məşqdə olduğu müşahidə edilsə də,
millimizin hücumçusu gözə dəyməyib.

Xatırladaq ki, Xorvatiya mətbuatı artıq bir müddətdir ki, Azərbaycan
millisinin futbolçusu Mahir Emrelini “Dinamo”nun transferə çıxaracağını yazıb.

Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı
planlaşdırır ki, onlardan biri də Mahir Emrelidir. İddia olunur ki, 26 yaşlı
hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.


Source link