d16cdc32-5cbd-4041-a9df-e47871d1a49c..jpg

Mahir Emreli “fərqləndi”, “Konyaspor” “Qalatasaray”ın qələbə seriyasına son qoydu – VİDEO

Baxış sayı: 1. 399 dəfə baxılıb.

Mahir Emreli “fərqləndi”, “Konyaspor” “Qalatasaray”ın qələbə seriyasına son
qoydu – VİDEO

Türkiyə Super Liqasında XXVI tura start verilib.

Cixisyolu.com xəbər verir ki, açılış matçında lider “Qalatasaray” Azərbaycan
millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor”un qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Hesabı İstanbul
klubununun heyətində Millot Raşitsa açsa da, Soner Dikmen və Oğulcan Ülgünün
qolları Konya təmsilçisinə qələbə qazandırıb.

Beləliklə, “Qalatasaray”ın Super Liqada 14 oyunluq qələbə, 15 matçlıq
məğlubiyyətsizlik seriyalarına son qoyulub.

Emreli meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. O, 15-ci
dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Məğlubiyyətə baxmayaraq, 25 matçda 60 xal toplayan “Qalatasaray” vahid
liderdir. “Aslanlar” ən yaxın izləyicisi “Fənərbağça”dan 9 addım öndədir.
Xalını 34-ə çatdıran “Konyaspor” 8-cidir.


Source link