a580c1a1-f166-4356-9d85-9ec1eb770d66..jpg

Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək

Baxış sayı: 1. 134 dəfə baxılıb.

Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu
Mahir Emreli Türkiyə Super Liqasında oynayacaq.

“Report”un əldə etdiyi məlumata görə, 26 yaşlı hücumçu sabah Konya şəhərinə
yollanacaq.

Emreli icarə əsasında “Konyaspor”un formasını geyinəcək. Onun ilkin müqaviləsi
mövsümün sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralında keçdiyi “Dinamo” ilə 4,5
illik müqavilə imzalayıb.

Source link