Mahir Emreli milliyə niyə çağırılmayıb?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Anton Krivotsyuk və Mahir Emrelinin Azərbaycan millisinə çağrılmamasının
səbəbi məlum olub.
Bu barədə məlumatı AFFA-nın rəsmi saytına müsahibəsi zamanı millinin müvəqqəti
baş məşqçisi Arif Əsədov deyib.
Baş məşqçi qeyd edib ki, hər iki futbolçunun heyətdə olmaması zədə ilə
bağlıdır:
“Anton Krivotsyuk və Mahir Emreli ilə danışmışam, zədələri var. Həkimlə də
məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti
təlim-məşq toplanışlarına çağıraq.
Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə
oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin
qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb
etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular
yoxlanılır”.
Mütəxəssis Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynovun milliyə dəvət
olunmaması barədə də danışıb:
“Qərara aldıq ki, üç gənc oyunçu – Emil Səfərov, Nəriman Axundzadə və Cəlal
Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə getsinlər. U-21-i
qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir
Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə
gənclər yığmasına kömək etsinlər”.
Qeyd edək ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində
Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-si, saat 20:00-da
Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan yığması ilə
qarşılaşacaq.