15ae6956-8523-4108-989e-6a25d54101c1..jpg

Mahir Emreli milliyə özü gəlmək istəməyib? – TƏFƏRRÜAT

Baxış sayı: 841 dəfə baxılıb.

Mahir Emreli milliyə özü gəlmək istəməyib? – TƏFƏRRÜAT

Mahir Emreli Avstriya və İsveçrəyə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunları
üçün Azərbaycan millisinə dəvət olunsa da, sonradan heyətdən çıxarılıb.

Cixisyolu.com xəbər verir ki, buna onun zədələnməsi səbəb göstərilib.

Hər halda, verilən açıqlama belədir. Bu gün hücumçunun qasıq nahiyəsində
ağrıların olduğu və fizioterapevtin nəzarətində məşq edəcəyi barədə məlumat
yayılıb. Ancaq maraqlıdır ki, forvardın formasını geyindiyi Türkiyənin
“Konyaspor” klubu günün ilk yarısında ölkəsinin milli komandasına gedəcək
oyunçuların arasında Mahirin də adını qeyd edib.

Bu arada, məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

Məlumatlı mənbələrdən Cixisyolu.com saytına bildirilib ki, Mahirin oynamağa mane
olacaq qədər ciddi zədəsi yoxdur.

Sadəcə, o, yığmada əsas heyətdə oynayacağından əmin olmadığı üçün belə addım
atıb. Emreli anlayır ki, hücum xəttindəki digər oyunçular onunla müqayisədə
yaxşı formadadırlar. O, yığmanın məşqçiləri ilə əlaqə saxlayaraq, De Byazinin
onu oynadıb-oynatmayacağı ilə maraqlanıb və meydana çıxmayacaqsa, gəlmək
istəmədiyini, yeni komandası “Konyaspor”a daha çox uyğunlaşmaq istədiyini
deyib. Onun düşərgəyə gəlməməsi üçün ilkin səbəb məhz budur, zədə ikinci
dərəcəlidir.

Yeri gəlmişkən, Mahirin Super Liqada “Konyaspor”un “Ümraniyespor”a qarşı
martın 26-da keçirəcəyi matçda meydana çıxmaq ehtimalı yüksəkdir.

Azərbaycan millisi martın 24-də Avstriyanın, üç gün sonra İsveçin qonağı
olacaq.

Faiq Tahirov

Source link