Mahir Emreli “Roma” ilə görüşdən sonra Nainqqolanla mübahisəsindən danışıb
Cixisyolu.com xəbər verir ki, “Nürnberq”in futbolçusu Mahir Emreli klubun
televiziyasında “sual/cavab” proqramının qonağı olub.
Azərbaycan millisinin forvardı “Qarabağ”da oynayan zaman “Roma”ya qarşı
keçirilən matçda (1:2) rəqib yarımmüdafiəçi Raya Nainqqolanla mübahisəsindən
söz açıb:
“Onunla mübahisəmiz oldu. Həmin vaxt məşqçimiz (Qurban Qurbanov – red.) mənə
dedi ki, onunla sakit danış. Nainqqolanın qiyməti 60 milyon avrodur, o bizim
komandamızdan bahadır. Çünki oynadığım komandanın (“Qarabağ” – red.) qiyməti 20
milyon idi”.