“Komandamla fəxr edirəm”.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli bunu
şəxsi “Instagram” səhifəsində yazıb.
“Hoffenhaym”a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final
matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür
edib:
“Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu bizi heç yerə
aparmır. Final fitinədək hər şey etdik. Uğur qazanmaq üçün çox çalışacağıq”.
Qeyd edək ki, M.Emreli “Nürnberqlə “1+1” illik müqavilə imzalayıb. Forvard II
Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Forvard IX turda
“Qroyter Fyurt”a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, “Reqensburq”u
8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.