ebadf433-ebf5-4926-aecf-c995a21b5e3c..jpg

Mahir Emreli uzun müddət yaşıl meydanlardan kənarda qalacaq? – YENİLƏNİB

Baxış sayı: 641 dəfə baxılıb.

Mahir Emreli uzun müddət yaşıl meydanlardan kənarda qalacaq? – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu
Mahir Emrelinin durumuna aydınlıq gəlib.

“Report”un əldə etdiyi məlumata görə, “Roqaşka”ya 1:0 hesabı ilə qalib
gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem
aşkarlanmayıb.

Ultrasəs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftəlik
müalicə almalı olacaq.

Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.

Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin
klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

09:16

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir
Emreli ciddi zədə alıb.

“Sportklub.n1info.hr” saytının məlumatına görə, 26 yaşlı hücumçu Zaqreb
təmsilçisinin heyətində Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilən
yoxlama görüşündə zədələnib.

Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi
Sergey Yakiroviç onun zədəsinin ciddi olduğunu açıqlayıb. Mütəxəssis forvardın
dirsək və bud nahiyəsində ağrılarının olduğunu, bu üzdən uzun müddət
kollektivdən kənarda qalacağını söyləyib.

Millimizin üzvü ilə bağlı son qərar Maqnit Rezonans Tomoqrafiyasından (MRT)
keçdikdən sonra veriləcək. Ancaq onun, hətta mövsümü başa vurmaq ehtimalı da
istisna edilmir.

Qeyd edək ki, “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.

Source link