51fde2d2-429c-4b6c-b576-4d3f89efc6c9..jpg

Mahir Emreli: “Yeni baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm”

Baxış sayı: 510 dəfə baxılıb.

Mahir Emreli: “Yeni baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni gələcək baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli
deyib.

26 yaşlı hücumçu yığmada işləyəcək mütəxəssisin yerli və ya əcnəbi olması
barədə fikir bildirə bilməyəcəyini söyləyib:

“Bu işə AFFA, qurumun İcraiyyə Komitəsi baxır. Onlar qərar verirlər. Mən
millidə özümü əsgər kimi hiss edirəm. Yığmada canla-başla oynamaq istəyirəm. Bu
komandanın formasını geyinmək hər futbolçunun arzusudur. Burada uğur qazanmaq
tamam başqa bir şeydir. Burada istər-istəməz ürəkli və cəsarətli futbol oynamaq
istəyirsən”.

Emreli daha çox müdafiə futboluna üstünlük verməyin əleyhinə olduğunu
vurğulayıb:

“Onsuz da qrupda Belçika və digər top-komandalara uduzanda bir şey dəyişmir.
Kimsə – “Belçikaya niyə uduzdunuz”, – deyə irad tutmayacaq. Amma onlara qarşı
meydana çıxıb 5 və ya 10 qol buraxmamaq barədə düşünmək, müdafiə xəttində
onları gözləmək istəmirəm. Əslində, oturub təhlil etsək, belə görüşlər də ola
bilər. Uduzsan da, matçdan həzz almalısan, mübarizə aparmalısan, top
saxlamalısan, rəqibə çətinlik yaratmalısan”.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən forvard baş məşqçi Canni De
Byazinin millidən ayrılmasına da toxunub:

“Bu barədə nəsə deməyim düzgün olmaz. Gedənin arxasınca danışmazlar. Gördüyü
bütün işlərə görə sağ olsun. Pis-yaxşı meydanda birlikdə tər tökmüşük. De
Byaziyə karyerasında uğurlar arzulayıram”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi
Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün
seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Source link