Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.
ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, məşhur futbolçunun Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, döngə 20-də yaşayan evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və 5 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.
Hadisə dünən saat 11:50-dən 15:40-dək olan müddətdə baş verib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Səbuhi Musayev