dd65899f-839e-4c3d-b9e5-f0b248bb4fe6..jpg

Mahir Emrelinin komandası baş məşqçisiz qala bilər

Baxış sayı: 827 dəfə baxılıb.

Mahir Emrelinin komandası baş məşqçisiz qala bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi
Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Aleksandar Stanoyeviç istefa verə
bilər.

Serbiyalı mütəxəssis “Giresunspor”la qolsuz heç-heçə etdikləri Superliqanın
XXIV tur oyunundan sonra bununla bağlı sualı cavablandırarkən bildirib. O,
komandanın maraqları üçün lazım olan hər şeyi etməyə hazır olduğunu deyib:

“Əvvəla mən təslim olan biri deyiləm. Amma komandanın mənfəəti üçün olacaqsa,
lazım olanı etməyə hazıram. Əlbəttə, lazım gələrsə, bunu düşünə bilərəm”.

Konya təmsilçisi Stanoyeviçin rəhbərliyi altında Superliqada 5 oyunda qələbə
qazana bilməyib. Bunların 4-də məğlubiyyətlə üzləşən komanda 28 xalla 9-cu
pillədə qərarlaşıb.

Mənbə: “NTV Spor”

Source link