fd9a2300-cede-4f70-bf15-eeb836edd8bd..jpg

Mahir Emrelinin komandası çempion məşqçiyə tapşırıla bilər

Baxış sayı: 798 dəfə baxılıb.

Mahir Emrelinin komandası çempion məşqçiyə tapşırıla bilər

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Aleksandar Stanoyeviçlə yollarını
ayıra bilər.

Konya təmsilçisinin rəhbərliyi serbiyalı mütəxəssisin performansından
narazıdır. Onun rəhbərliyi altında komanda beş oyunun hamısında məğlubiyyətlə
üzləşib.

“Konyaspor”un baş məşqçi namizədi də bəllidir. Məlumata görə, klub rəhbərliyi
sabiq çalışdırıcısı Sergen Yalçını bu posta gətirmək istəyir. Tərəflər ilkin
təmasları qurublar. Mütəxəssis hələlik kluba mənfi və ya müsbət cavab verməyib.

Son olaraq “Beşiktaş”ı çalışdıran və komandaya çempionluq qazandıran Sergen
Yalçın 2021-ci ilin dekabrından işsizdir. O, daha əvvəl 2017/18 mövsümündə qısa
müddət “Konyaspor”u çalışdırıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bu qış icarə əsasında
Zaqreb “Dinamo”sundan Konya klubuna keçib.

Mənbə: ajansspor.com

Source link