b2b36a7c-0618-4df3-a2e2-6942eed84e5a..jpg

Mahir Emrelinin komandası mərkəzi oyunda uduzdu

Baxış sayı: 536 dəfə baxılıb.

Mahir Emrelinin komandası mərkəzi oyunda uduzdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb
“Dinamo”su Xorvatiya çempionatında mərkəzi oyuna çıxıb.

Cixisyolu.com xəbər verir ki, 3-cü pillədə olan komanda 10-cu turda lider “Hayduk”un
qonağı olub.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Start heyətdə meydana
çıxan Mahir 62-ci dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə sarı vərəqə ilə
cəzalandırılıb.

Bu nəticədən sonra “Hayduk” 21 xalla liderliyini möhkəmləndirib. Bir oyun az
keçirən “Dinamo” isə 16 xalla 3-cüdür.

“Hayduk” – “Dinamo” (Zaqreb) – 1:0

Qol: Emir Sahiti, 59

Source link