5c700cb6-40b0-4e83-b2dd-c7ad2924406c..jpg

Mahir Emrelinin yararlana bilmədiyi qol imkanı Türkiyədə gündəm oldu – VİDEO

Baxış sayı: 721 dəfə baxılıb.

Mahir Emrelinin yararlana bilmədiyi qol imkanı Türkiyədə gündəm oldu – VİDEO

Türkiyənin “Konyaspor” klubunun formasını geyinən Azərbaycan millisinin üzvü
Mahir Emrelinin “Antalyaspor”a qarşı Super Liqa oyununda əldən verdiyi qol
şansı müzakirələrə səbəb olub.

Cixisyolu.com xəbər verir ki, forvard 1:1 hesabı ilə başa çatan qarşılaşmanın son
dəqiqələrində cinah ötürməsindən sonra topa toxuna bilməyib. Komandanın baş
məşqçisi Aleksandar Stanoyeviç matçdan sonra bildirib ki, Emreli yüz faizlik
qol imkanını boşa verib. “Konyaspor” azarkeşləri isə sosial şəbəkələrdə 25
yaşlı hücumçudan narazılıqlarını dilə gətiriblər. Onlar Emrelinin komandadan
göndərilməsini istəyiblər.

Mahir qarşılaşmadan sonra fanatlara yaxınlaşaraq, qol fürsətindən yararlana
bilmədiyi üçün üzr istəyib.

Milli üzvü qışda Zaqreb “Dinamo”sundan icarə əsasında keçdiyi “Konyaspor”da
meydana çıxdığı dörd oyunda nə qol, nə də assistlə yadda qalıb. O,
“Antalyaspor”la görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 66-cı dəqiqədə
oyuna qoşulub.


Source link