0064dcaf-652e-43ef-b406-b61a3c69910f..jpg

Mahir Emreliyə hücum edən azarkeşlər bu dəfə Polşa klubunu 100 min avro ziyana salıblar

Baxış sayı: 580 dəfə baxılıb.

Mahir Emreliyə hücum edən azarkeşlər bu dəfə Polşa klubunu 100 min avro ziyana
salıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Konfrans Liqasının qrup
mərhələsində İngiltərənin “Aston Villa” komandası ilə səfər oyununda
azarkeşlərin davranışına görə “Legiya” klubunu 100 min avro cərimələyib və
Polşa klubuna qarşıdakı beş səfər matçına bilet satışını qadağan edib.

Bu barədə məlumat UEFA-nın saytında dərc edilib.

Qeyd olunub ki, oyun başlamazdan əvvəl Polşa komandasının azarkeşləri ilə
polis arasında toqquşma olub, nəticədə üç hüquq-mühafizə orqanı əməkdaşı
xəsarət alıb.

Qeyd edək ki, sözügedən qarşılaşma “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb.

Məlumat üçün əlavə edək ki, vaxtı ilə Azərbaycan millisinin hücumçusu Mahir
Emreli “Legiya”nın formasını geyinib. O, klubun azarkeşləri tərəfindən hücuma
məruz qalandan sonra Polşa klubu ilə yollarını ayırmaq qərarına gəlib və
Xorvatiyanın “Dinamo”(Zaqreb) klubuna keçib.

Mənbə: UEFA.com

Source link