Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas Ramallada xəstəxanaya yerləşdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Newsru.co.il saytı məlumat yayıb.
Fələstin liderinin hansı diaqnozla xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar fərqlidir.
Bəzi mənbələr Abbasın ürək ağrılarından şikayətləndiyini və hazırda kardioloji bölmədə olduğunu iddia edir.
Digərləri isə, Mahmud Abbasın xəstəxanaya yüksək temperaturla yerləşdirildiyini və tənəffüs orqanlarında problemi olduğunu qeyd edirlər.
Hazırda Fələstin liderinin səhhəti normal olduğu qeyd edilsə də, onun hələ də xəstəxanada qaldığı bildirilir.