b6129e2c-f75f-45bb-89ec-cf3d6ba140aa..jpg

Mahnı üstündə DSX əməkdaşını qətlə yetirməkdə təqsirləndirilənlərin məhkəmə baxışı təyin olunub

Baxış sayı: 558 dəfə baxılıb.

Mahnı üstündə DSX əməkdaşını qətlə yetirməkdə təqsirləndirilənlərin məhkəmə
baxışı təyin olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Restoranda Vətən müharibəsi iştirakçısı Cəsarət Vəliyevi öldürməkdə
təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam
etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun
sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il martın 16-da qətlə yetirilən Cəsarət Vəliyev Dövlət Sərhəd
Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.

Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı
restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət
Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın
genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında
şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad
olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif
edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin
120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq
niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər
maddələri ilə cinayət işi açılıb.

Source link