Mahrez gizlincə müsəlman ənənəsi ilə evləndi – FOTO
“Mançester Siti”nin hücumçusu Riyad Mahrez 23 yaşlı model Teylor Uordla gizli
şəkildə evlənib. Mərasim ənənəvi müsəlman üslubunda keçirilib. Mənbə qeyd edir
ki, sevgililər bu ölkədə nikahın qanuni sayılması üçün Böyük Britaniyada daha
bir mərasim keçirmək niyyətindədirlər.
“Riyad və Teylor indi İslam qanunlarına əsasən qanuni nikahdadırlar. Onlar
üçün dini ənənələrə riayət etmək vacib idi. Mərasim qısa oldu. İndi onlar
ikinci toya gedirlər. Teylor və Riyad xoşbəxtdirlər və bir-birlərini çox
sevirlər”, – deyə mərasimin qonağı bildirib.
Cütlük 2021-ci ilin iyununda nişanlandıqlarını açıqlayıb. Riyad sevgilisinə
təxminən 480 min avro dəyərində üzük hədiyyə edib.
Mənbə: Daily Mail