Mahsun Kırmızıgül səhnəyə geri dönür

Mahsun Kırmızıgül səhnəyə geri dönür

Baxış sayı: 2. 066 dəfə baxılıb.

Mahsun Kırmızıgül səhnəyə geri dönür

Tanınmış müğənni Mahsun Kırmızıgül 13 ildən sonra səhnəyə geri dönür.

Müğənninin 2017-ci ildə çəkdiyi “Vezir parmağı” adlı sonuncu filmi uğur qazana bilməyib. Belə ki, filmə 14 milyon TL (4 milyon 191 min 600 AZN) xərcləyən müğənni 4 milyon TL (1 milyon 197 min 600 AZN) qazana bilib. Bu səbəbdən film sektorunda istədiyi uğuru əldə edə bilməyən Mahsun Kırmızıgül 13 il fasilə verdiyi musiqiyə geri dönür.

“Müğənni olaraq səhnələr üçün darıxıram. Sevdiklərimə musiqi ilə bağlı yeni layihələr təqdim edəcəyəm. Yeni işlərdə görüşəcəyik”, – deyə müğənni qeyd edib.

Qeyd edək ki, müğənni axırıncı dəfə 2006-ci ildə “Dinlə” adlı albom çıxardıb.

Sevinc Yasinqızı