Mahsun məyus etdi: Torpaq iddiası – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül əzəli türk şəhəri
olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.
Axar.az xəbər verir ki, Mahsun Kırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı
videoçarxını kürd dilində yayımlayıb.
O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və
bütün türklərin ata yurdu olan Urmiyanı kürd şəhəri adlandırıb.
O öz mahnısında “Urmiya mənim ölkəmdir” (Urmiye velate men) ifadəsini də
işlədib.
Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.